BANK

17 Mart

Kredit ittifaqlarına borcalan barədə məlumatın MKR-ə təqdim edilməsi qaydaları izah edilib

Kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR)-ə təqdim edilməsi prosesinin daha effektiv təşkili məqsədilə Mərkəzi Bank tərəfindən 17 mart 2022-ci il tarixində ölkədə fəaliyyət göstərən bütün kredit ittifaqlarının nümayəndələrinin iştirakı ilə “MKR-ə məlumatların təqdim edilməsi prosesi” mövzusunda maarifləndirici vebinar keçirilib. 
"Fins.az "Mərkəzi banka istinadən verdiyi məlumata görə, məlumatların MKR-ə təqdim edilməsinin “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası” ilə tənzimləndiyini nəzərə alaraq, adıçəkilən proses ilə bağlı qanunvericilikdən irəli gələn tələblər görüş iştirakçılarının diqqətinə çatdırılmış və məlumatlaırn verilməsi ilə bağlı formalaşan sualların detallı cavablandırılması təmin edilib.