Rusiya Maliyyə Nazirliyi 117 milyon dollarlıq avrobond kupon ödənişinin edildiyini açıqlayıb.
"Fins.az"xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi sərmayədarlar tərəfindən də yaxından izlənilən kupon ödənişlərini dollarla etdiyini açıqlayıb. Açıqlamada kupon ödənişinin müxbir banka edildiyi bildirilib.
Məlumata görə Əgər Rusiya ödənişi həyata keçirə bilməsəydi, 30 günlük texniki müddət başlayacaqdı və bu, Bolşevik hökumətinin Çar borclarını tanımaqdan imtina etdiyi 1917-ci ildən bəri Rusiya ilk dəfə xarici valyutada kredit ödənişi etməzdi.
Ukraynanın işğalı ilə əlaqədar Aİ və ABŞ Rusiya Mərkəzi Bankının 640 milyard dollarlıq ehtiyatlarını dondurmaq qərarına gəlib. Rusiya prezidenti Vladimir Putin martın 6-da Rusiya şirkətlərinin “dost olmayan” ölkələrdəki şirkətlərə borclarını rublla qaytara bilməsi haqqında fərman imzalayıb.