BANK

17 Mart

Kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 94.3 mln.dollar artıb

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 94.3 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 746.1 mln.$ azalıb.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə,kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (15.9 mln.$) və neft-qaz sektorunun kreditləri (129.8 mln.$) hesabına artıb, dövlət kreditləri (546.8 mln.$), dövlət zəmanətli kreditlər (288.7 mln.$) və müəssisələrin kreditləri (56.3 mln.$) hesabına isə azalıb.