Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.8 mlrd.$ olub ki, bu da ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 83.5% təşkil edib.
"Fins.az" xəbər verir ki,Azərbaycan Mərkəzi bankının tədim etdiyi məlumata görə, 2021-ci il üzrə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-2 903 mln.$) azalması cəlb olunmuş investisiya ilə (4 004.9 mln.$) kapitalın repatriasiyası (6 907.9 mln.$ - əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 790.3 mln.$ (30.5% artım) olub.