2021-ci ildə Azərbaycanın xalis maliyyə aktivləri 2,563 mlrd. ABŞ dolları artıb ki, bu da xaricə yönəldilmiş birbaşa investisiyalar (77 mln. dollar), portfel investisiyaları (457,5 mln. dollar) və digər investisiyalar (2,029 mlrd. dollar) hesabına formalaşıb.
"Fins.az" xəbər verir ki,Azərbaycan Mərkəzi bankının tədim etdiyi məlumata görə, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2,489 mlrd. dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (4,795 mlrd. dollar), neft bonusu (457 mln. dollar), portfel investisiyaları (-61,5 mln. dollar) və digər investisiyalar (-719,9 mln. dollar) hesabına formalaşıb.