BANK

17 Mart

Azərbaycanın cari əməliyyatlar balansında 8.3 mlrd. dollarlıq profisit

2021-ci ildə tədiyə balansı1 əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyrineft ixracının əhəmiyyətli artımından təsirlənib. 

"Fins.az" xəbər verir ki, Azərbaycan Mərkəzi bankının verdiyi məlumata görə, cari əməliyyatlar balansında 8.3 mlrd.$ profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 5.1 mlrd.$ kəsir yaranıb.

Məlumata görə, ehtiyat aktivləri 3.1 mlrd.$ artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 67$/barel olmuş, qeyri-neft ixracı isə 44% artaraq 2.6 mlrd.$ səviyyəsində formalaşmışdır