BANK

17 Mart

Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək

29 aprel 2022-ci il tarixində “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcəkdir. Tədbir Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən bankın baş ofisində saat 12:00-da baş tutacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 

  • Bankın Səhmdarlarının növbəti Ümumi Yığıncağının katibinin seçilməsi
  • Bank VTB (Azərbaycan) ASC-nin 2021-ci il üzrə maliyyə hesabatlarına baxılması.
  • Bank VTB (Azərbaycan) ASC-nin 2021-ci il üçün mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi ilə bağlı təkliflərə baxılması