ABŞ Federal Ehtiyat Sistemi (FED) 2018-ci ilin noyabrından bəri ilk dəfə olaraq faiz dərəcələrini artırmağa qərar verib.
"Fins.az"xəbər verir ki, FED siyasət faizini 25 bənd artırıb.
ABŞ Federal Ehtiyat Sistemi (FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) siyasət faizini 0,25-0,50% aralığına yüksəldib.
Beləliklə, FED 2018-ci ilin noyabrından bəri ilk dəfə olaraq faiz dərəcələrini artırmağa qərar verib.
Faiz artımına qərar verən FED, ilin qalan hissəsi üçün 6 faiz artımı siqnalı verib.Nöqtəli qrafikdə 2022-ci ilin sonu faiz dərəcəsi proqnozu 1,9 % olduğu halda 2023-cü il üçün 2,8 faiz olaraq təyin olunub.
Qərar 1 əleyhinə 8 səslə qəbul edilib. st. Louis Fed-in prezidenti Ceyms Bullard faiz dərəcələrini 50 bənd artırmağa səs verib.
Qətnamənin mətnində Rusiya-Ukrayna müharibəsinin təsirləri də vurğulanıb. Mətndə vəziyyətin ABŞ iqtisadiyyatına təsirlərinin qeyri-müəyyən olduğu, bununla belə işğalın və bununla bağlı baş verənlərin qısa müddətdə inflyasiya üzərində əlavə yüksəliş təzyiqi yaradacağının istisna olunduğu bildirilib.