BANK

15 Mart

İtaliyanın Unicredit bankı Rusiyanı tərk etməyi düşünür

İtaliyanın aparıcı banklarından olan Unicredit-in baş direktoru Andrea Orsel Rusiyadakı fəaliyyətlərini nəzərdən keçirdiklərini və bu ölkədən çıxmağı düşündüklərini bildirib.

İtalyan mətbuatında yer alan xəbərə görə, Orsel, Morgan Stanley-in Avropa Maliyyə Konfransındakı çıxışında Rusiyanın Ukraynaya qarşı müharibəsi və bu çərçivədə yaşananlara toxunaraq, “Unicredit təcili olaraq Rusiyadakı işini gözdən keçirir və ölkədən çıxmağı düşünə bilər. " deyə bildirib

 

Bir bankın ölkəni tamamilə tərk etməsinin təsirini, nəticələrini və mürəkkəbliyini ciddi şəkildə nəzərdən keçirməli olduqlarını ifadə edən Andrea Orsel Rusiyada və Avropa şirkətlərində fəaliyyət göstərən 4000 işçinin dəstəklənməsinə ehtiyac olduğunu da dilə gətirib.