BANK

14 Mart

Mərkəzi Bankın Baş Direktorundan manatın məzənnəsi ilə bağlı açıqlama 

Ticarət saldosu müsbət olduğuna görə də biz manatın məzənnəsinə hər hansı bir təhlükə görmürük. 

"Fins.az" xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev Rusiyaya tətbiq olunan sanksiyalar və rublun ucuzlaşması manatın məzənnəsinə təsir edə bilər sualına cavab verərkən deyib. 

Baş direktor bildirib ki, Azərbaycanın kifayət qədər vayuta ehtiyatları var. Azərbaycanın xarici ticarət balansı müsbət saldoya malikdir. Məlum olduğu kimi enerji daşıyıcılarının da qiymətləri son dövrlərdə artıb. Bu da xarici ticarətdəki mövcud müsbət saldonun daha da böyüməsinə səbəb olur. Ticarət saldosu müsbət olduğuna görə də biz manatın məzənnəsinə hər hansı bir təhlükə görmürük.