BANK

14 Mart

Biz Mərkəzi Banka təklif etmişdik ki, rubla konvertasiya ilə bağlı preventiv tədbirlər həyata keçirilsin

Biz Mərkəzi Banka təklif etmişdik ki, rubla  konvertasiya ilə bağlı preventiv tədbirlər həyata keçirilsin.

Bunu "Fins.az"-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov  deyib. 

Fikirlərinin davamında Millət vəkili Mərkəzi Banka rubl ilə bağlı bu tövsiyyənin səbəbini izah edərək "Ona görə ki, nəzərə alsaq ki, rublun real məzənnəsi, bazar məzənnəsi mövcuddur. Konvertasiyada da rəsmi məzənnədən istifadə olunduğu üçün təbii ki,priventiv tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. "-deyə qeyd edib.