BANK

14 Mart

Vüqar Bayramov : Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycanın bank sektoruna da təsir göstərəcək

Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycanın bank sektoruna da təsir göstərəcək.

Bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Rusyanın bank sisteminə tətbiq edilən beynəlxalq sanksiyaların Azərbaycan Bank sisteminə təsirlərini "Fins.az"-a şərh edərkən deyib. 

Onun sözlərinə görə,Rusiya SWIFT-dən çıxdığı və Rusiyada hesablaşmalarda da məhdudiyyət tətbiq edildiyi üçün çətinliklər təbii ki, yaranıb. Belə ki, Rusiyada ay ərzində 10 min dollardan artıq nağd vəsait çıxarmaq mümkün deyil eləcə də hesablaşamalarla bağlı limit 5 min dollardır. Ona görə də bir tərəfdən Azərbaycana Rusiyada göndərilən vəsaitlərin həcmində azalmalar gözlənilir. 2021-ci ildə Azərbaycandan Rusiyaya 1.2 milyard dollardan artıq vəsait remitensi formasında göndərilib. Gözlənilir ki, bu vəsaitlərində həcmində azalmalar olacaq. Ona görə ki, nəticə ehtibarı ilə bank sektorunda xüsusən də SWIFT olmadığı üçün ödənişlərdə problemlər var.

 Vüqar Bayramov Rusiyada yaşayan soydaşlarımızın ölkəyə pul göndərməkdə üzləşdiyi çətinliklər və çıxış yoluna da toxunaraq "Məhdudiyyət olduğuna görə,Rusiyada yaşayan azərbaycanlılar və eləcə də xarici əlaqələr quran iş adamları belə ödənişlər həyata keçirməkdə çətinliklə üzləşcəcək. O baxımdan çox önəmlidir ki, növbəti mərhələdə hər iki ölkə daha çox daxili ödəmə proqramlarından istifadə ödənişlər həyata keçirsinlər. Ona görə ki, sanksiyaların dairəsi genişlənir bu kontyeksdən yalnız SWIFT üzərindən ödənişlər həyata keçirən banklar əməkdaşlığı davam etdirmək istəsələr praktiki olaraq bu mümkün olmayacaq. Ona görə də rusyanın özünün tətbiq etdiyi daxili ödəmə proqramları ilə Azərbaycan banklarının əməkdaşlıq qurması vacibdir,"-deyə qeyd edib.