BANK

10 Mart

Çin yuanın rus rubluna qarşı gündəlik diapazonunu qaldırıb

Çin yuanın rus rubluna qarşı gündəlik diapazonunu 5 %-dən 10 %-ə qaldırır
"Fins.az"xəbər verir ki, Çin Xarici Valyuta Ticarət Sistemi tərəfindən edilən açıqlamada, yuanın rubla qarşı gündəlik ticarət bandının yüzdə 10-a yüksəldiyi bildirilib.

Dəyişiklik Rusiyaya qarşı sanksiyalarla rublun yuana nisbətdə kəskin ucuzlaşmasından sonra baş verib. Ötən həftə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra rubl yuana nisbətdə rekord həddə ucuzlaşıb.

Yuan/rubl üçün yeni gündəlik hərəkət diapazonu martın 11-dən qüvvəyə minəcək.