BANK

18 Yanvar

TuranBank-ın Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə texniki yardım layihəsi başa çatdı

TuranBank ASC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində həyata keçirilən layihə uğurla tamamlanmışdır.

MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması istiqamətini əhatə edən layihənin əsas məqsədi TuranBank-ın kreditləşmə potensialının gücləndirilməsi, təşkilati strukturun təkmilləşdirilməsi, mikro, kiçik və orta biznes subyektlərinin maliyyələşdirilməsi üzrə  marketinq strategiyasının hazırlanmasından ibarət olmuşdur. Layihə nüfuzlu Biznes və Maliyyə Məsləhət (Business Finance Consulting GMBH BFC) konsultasiya şirkəti tərəfindən uğurla icra edilmişdir.

Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən Bankımız bundan sonra da potensial biznes layihələri üzrə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də digər maliyyə qurumları ilə əməkdaşlığı davam etdirəcəkdir.

TuranBank

Bizimlə etibarlıdır...