"Unibank"-ın kartları Rusiya ərazisində işləməyəcək.
"Fins.az" xəbər verir ki,bu barədə "Unibank" məlumat yayımlayıb.
Məlumatda "Unibank"-ın kart sahibi olan müştərilərinə müraciətlə "Nəzərinizə çatdırırıq ki, “VISA” və “Mastercard” ödəniş sistemləri Rusiya bazarında fəaliyyətini dayandırdıqları üçün Azərbaycan banklarının, həmçinin "Unibank"-ın kartları Rusiya ərazisində işləməyəcək."-deyə bildirilir .
Bankın sözügedən elanının davamında "Bunu nəzərə almağınızı, ATM-lərdə nağdlaşdırma əməliyyatlarınızı və ya nağdsız əməliyyatlarınızı öncədən etməyinizi tövsiyə edirik. Bu qayda həmçinin onlayn ödənişlərə də şamil olunur,"-deyə qeyd olunur.