BANK

04 Mart

Şərqi Avropada milli valyutanın məzənnəsinə müdaxilə dalğası

Çexiya Mərkəzi Bankı məzənnənin dəyərinin qorunmasını dəstəkləmək üçün bazara müdaxilə etdiyini açıqladı.

"Fins.az"xəbər verir ki, ölkənin pul vahidi Polşa zlotisi və Macarıstan forinti Ukraynanın işğalı başlayandan bəri çox dəyər itirən üç valyutadan biri olub.
Məlumata görə, Çexiya Rusiyanın Ukraynaya təcavüzündən sonra risklərə görə valyutasını qorumaq üçün bazara müdaxilə edən Şərqi Avropa ölkələrinə qoşulan sonuncu ölkə olub. Çexiya Mərkəzi Bankı (SPB)  milli valyutanın dəyərinin qorunmasını dəstəkləmək üçün gün ərzində bazara müdaxilə etdi.

Bu gün Polşa Mərkəzi Bankının  məzənnəyə müdaxilə etdiyini bildirən mənbələr, zlotinin 2009-cu ildəki böhrandan bu yana ən aşağı səviyyələrə düşməsi səbəbindən bankın bu həftə bazara üçüncü müdaxiləsini etdiyini bildirib.