BANK

03 Mart

Rabitəbank əməkdaşları Boğaziçi Üniversitetinin “Menecmentin İnkişafı” proqramından məzun oldu

Rabitəbank 150 illik təcrübəyə malik, beynəlxalq standartlara uyğun təhsil verən Türkiyə Universitetlərindən biri - Boğaziçi Universiteti ilə uğurlu bir layihəni başa vurdu. Bankın müxtəlif rəhbər vəzifələrində çalışan 29 əməkdaşı 2.5 ay müddətində Boğaziçi Universitetinin Yaşamboyu Eğitim Merkezinin (BÜYEM) keçirdiyi “Leadership Academy of Business Program” (mini MBA)-da iştirak ediblər. Bu müddət ərzində bank əməkdaşları universitetin professor müəllim heyətindən biznesin idarə edilməsi və inkişafı yönündə təhsil alıb, imtahanlarda iştirak edərək layihəni uğurla başa vurdular.

Ötən günlərdə Bakıda layihəni uğurla tamamlayan bank əməkdaşlarının “Məzun Günü” tədbiri keçirildi. Layihəni yaxından izləyən Rabitəbank-ın İdarə Heyətinin Sədri Aydın Hüseynov, tədbirdə proqramın əhəmiyyətindən danışıb və iştirak edən bütün bank əməkdaşlarına uğurlar diləmişdir.  Aydın Hüseynov həmçinin tədbirdə əməkdaşların şəxsi inkişafı üçün təhsilyönlümlü layihələrin davamlı olacağını vurğulamışdır. Rabitəbank öz insan kapitalının inkişafı üçün davamlı investitsiyalar edəcəkdir.

Daha sonra əməkdaşlar BÜYEM-in tədrisçiləri tərəfindən diplomla təltif olunub və tədbirin digər hissəsi iştirakçıların qazandıqları bu dəyərli təcrübəni qeyd etmələri ilə sonlanıb.

"Rabitəbank" ASC, Azərbaycan-ın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.