Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ümumi valyuta ehtiyatları fevralın 25-i həftəsində azalaraq 113,14 milyard dollar olub.
“Fins.az”xəbər verir ki,fevralın 25-i həftəsində Mərkəzi Bankın ehtiyatları azalıb.
Mərkəzi Bankın məlumatına görə, ümumi ehtiyatlar 114,01 milyard dollardan 113,14 milyard dollara qədər azalıb.Xalis ehtiyatlarda da azalma müşahidə olunub. 18 fevral həftəsində 19,8 milyard dollar olan xalis ehtiyatlar 25 fevral həftəsində 18,2 milyard dollara düşüb.
Svoplar istisna olmaqla xalis ehtiyatlarda bərpanın davam etdiyi də müşahidə edilmişdir. Müvafiq olaraq, svoplar istisna olmaqla xalis valyuta ehtiyatları mənfi 42,9 milyard dollar olaraq qeydə alınıb. Əvvəlki həftə bu rəqəm mənfi 43,2 milyard dollar idi.