BANK

23 Fevral

“Ukrayna” ABŞ-dan Rusiyanın 2 bankına sanksiya tətbiq edib

Rusiyanın Ukraynanın şərqindəki rusiyayönlü separatçıların qondarma administrasiyalarını rəsmən tanımasından sonra ABŞ Maliyyə Nazirliyi Rusiyanın 2 bankına və 42 törəmə müəssisəsinə və 5 nəfərə sanksiya tətbiq etmək qərarına gəlib.

 

“Fins.az” xəbər verir ki, iqtisadi sanksiyalar Rusiyanın Donetsk və Luqansk vilayətlərindəki əməliyyatlarına cavab olaraq tətbiq ediləcək,

Açıqlamada Rusiyanın 2 bankı Vneşekonombank (VEB) və Promsvyazbank (PSB) və onun 42 törəmə bankının sanksiya siyahısına salındığı qeyd edilib.

Bəyanatda Rusiyanın 2 böyük maliyyə qurumuna qarşı sanksiyaların ölkənin qonşularına qarşı “təcavüz”ünü maliyyələşdirmək imkanlarına yönəldiyi bildirilib və bu qurumların ümumi aktivlərinin 80 milyard dollardan çox olduğu və Rusiyanın müdafiə sektorunu və iqtisadi inkişafını maliyyələşdirdiyi vurğulanıb

Açıqlamada, sözügedən sanksiya qərarı ilə bu qurumların ABŞ-dakı aktivlərinin dondurulacağı, ABŞ fərdləri və müəssisələri ilə hər hansı əməliyyatlar etmələrinin qadağan ediləcəyi, təşkilatların qlobal maliyyə sistemindən uzaqlaşdırılacağı və ABŞ dollarına çıxışının bloklanacağı qeyd edilib.