2022-ci ilin yanvar ayında əhalinin xarici valyutada əmanətləri 0,06% – 3 milyard 787,1 milyon manatadək və ya bütün əmanətlərin 39,3%-i səviyyəsində azalıb.
“Fins.az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə,əhalinin milli valyutada əmanətlərinin həcmi 7,3% – 5 milyard 848,6 milyon manatadək artıb.