Milli Məclisin bu gün keçirilən iclasında “Banklar haqqında” qanuna dəyişikliklər edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Fins.az xəbər verir ki, dəyişikliyə görə, bank və xarici bankın yerli filialı illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim edəcək.
Qeyd edək ki, eyni dəyişikliklər “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığortafəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” qanunlara da təklif olunur.