Koronovirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. 2021-ci ilin avqust ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 104,2 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayında bildirilir.
Məlumata görə 2021-ci ilin yanvar-avqust aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 712,2 milyon manatlıq əməliyyat aparıblar.
Müəllif: Aynur Qəniyeva