BANK

29 Sentyabr

Hansı valyuta ucuzlaşsa manat dəyərdən düşər?

Bu baxımdan biz ranqlara bölsək təbii ki, rus rubulunun məzənnəsindəki uzunmüddətli dövrdəki dəyişikliklərin manata daha çox təsir etdiyini demək olar.

Fins.az-a qonşu Azərbaycan manatının məzənnəsinə qonşu ölkələrin valyuta bazarındakı dəyişikliklərin təsirlərini şərh edərkən İqtisadçı Xalid Kərimli deyib.

O bildirib ki, Azərbaycan manatı əmtəəyə bağlı valyutadır. Dünyada Kanada, Avstraliya, Rusiya  kimi ölkələrin də valyutaları əmtəəyə bağlıdır.  Azərbaycan vətəndaşları Rusiya və Qazaxıstan bazarlarından daha çox məlumat aldığına görə həmin ölkələrə psixoloji bağlılıq o cümlədən bu ölkələrdən gələn məlumatlara qarşı həssaslıq Rusiya bazarlarında çox saylı azərbaycanlının işləyərək Azərbaycana valyuta göndərməsi Rusiya bazarında baş verən dəyişiklikləri Azərbaycan bazarı üçün daha təsiredici edir.

Xalid Kərimli rublun Azərbaycan valyutasına təsir imkanlarına da toxunaraq "Rus valyutası üzən valyuta rejimində olmasına baxmayaq əmtəəyə bağlı valyuta olduğuna görə neft qaz qiymətlərindəki dəyşikliklər rublun məzənnəsinə təsir göstərir . Bu baxımdan biz ranqlara bölsək təbii ki, rus rubulunun məzənnəsindəki uzunmüddətli dövrdəki dəyişikliklərin manata daha çox təsir etdiyini demək olar." -qeyd edib.  

Müəllif:Aynur Qəniyeva