BANK

25 Sentyabr

Gürcüstana 15 milyon dollar kredit ayrıldı

Asiya İnkişaf Bankı (ADB) Gürcüstan hökumətinə 15 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

Fins.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Bildirilib ki, həmin vəsait Gürcüstanda COVID-19 infeksiyası əleyhinə peyvəndlərin alınmasına və ölkədə vaksinasiya proqramının imkanlarının gücləndirilməsinə yönəldiləcək.

ADB-nin ayırdığı vəsait Gürcüstan əhalisinin 8 faizinin və ya 300 mindən çox vətəndaşın peyvəndlənməsinə imkan verəcək.