BANK

23 Sentyabr

İngiltərə Mərkəzi Bankı faiz qərarını AÇIQLAYIB

İngiltərə Bankı pul siyasətini dəyişməsə də, ilin üçüncü rübü üçün artım proqnozlarını aşağı salıb.
Fins.az xəbər verir ki,İngiltərə Bankı, uçot dərəcəsini gözlənildiyi kimi 0.1% səviyyəsində saxlayıb.Qərar yekdilliklə qəbul edildi. Bank, aktiv satın alma hədəfini 895 milyard funt sterlinq səviyyəsində saxlayıb. Aktiv alqı -satqısı qərarı 7 səslə 2 əleyhinə qəbul edildi. David Ramsden və Michael Saunders qətnamənin əleyhinə səs veriblər.

Bank, enerji qiymətlərinin sürətlə artması səbəbindən inflyasiyanın önümüzdəki aylarda daha da yüksələ biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bank üçüncü rüb artım proqnozunu 2,9 faizdən 2,1 faizə endirdi. İyul ayında İngiltərədəki artım təəccüblü bir şəkildə yavaşladı və inflyasiya 1997 -ci ildən bəri ən böyük aylıq artım göstərib. 

Müəllif:Aynur Qəniyeva