BANK

17 Sentyabr

VTB Bank (Azerbaijan)-dan İnternet bankinqin tətbiqi ilə bağlı AÇIQLAMA

«VTB Bank (Azerbaijan)» ASC 2022-ci ilin ortalarında İnternet bankinqin tətbiqini sona çatdırmağı planlaşdırır. Bu barədə bankın İdarə Heyətinin üzvü Yasin Cəlilov bəyan edib.

“Xidmətlərin rəqəmsallaşdırılması bank üçün aktual məsələdir. Biz İnternet bankinqin tətbiqinə uzun müddət hazırlaşmışıq və bu il xidməti uğurla istifadəyə verdik. Xidmət bütün yüksək standartlara uyğundur və çoxfunksiyalıdır. İnternet bankinqin tətbiqi üzrə layihəmiz 2022-ci ilin ortalarında tamamilə sona çatacaq. Lakin bu gün artıq əsas əməliyyat və tranzaksiyaları İnternet bankinq vasitəsilə həyata keçirmək mümkündür”, - Cəlilov bankın mətbuat xidmətinə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, bankın strategiyasına əsasən, “biz 2022-ci ilin sonunadək korporativ biznesin xidmətlərinin 100%-lik əlçatanlığını onlayn kanallar vasitəsilə təmin edəcəyik”.

“Eyni zamanda, məhz İnternet bankinq əsas kanaldır. Bu günə tranzaksiyaların təxminən 80%-i məhz İnternet bankinqdə həyata keçirilir”, - o qeyd edib.

Cəlilov əlavə edib ki, yaxın zamanda «VTB Bank (Azerbaijan)» İnternet bankinqin mobil versiyasını istifadəyə erməyi planlaşdırır.

2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur