Bankoff Visa kart məhsulu dünyanın istənilən yerində aktiv olan virtual debit kart məhsulu istifadəyə verilib
Bu barədə Fins.az-a "Botbox" fintech-inin rəhbəri Elmir Əliyev məlumat verib.
O bildirib ki,bu kartla aparılan bütün əməliyyatları çatbotlar vasitəsi ilə idarə etmək mümkündür. Çatbotlar da Facebook Mesenger-də ,Telegramda, Whatsapp-da hazırda aktivdir.
Elmir Əliyev Bankoff kart məhsulunun əsas xüsusiyyətləri barədə məlumat verərək "Bankoff vasitəsi ilə 2 dəqiqə ərzində dünyanın istənilən yerində özünüzə ani aktivləşdirilən kart hesabı aça bilərsiniz. Bu kart hesabına pul vəsaiti yerləşdirə,müəyyən məbləğdə pul göndərə və digər əməliyyatları həyata keçirə bilərsiniz."-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva