BANK

15 Sentyabr

Türkiyə Mərkəzi Bankı rəqəmsal lirə üçün platforma yaradıb

Türkiyə Respublikası Mərkəzi Bankı; ASELSAN, HAVELSAN və TÜBİTAK-BİLGEM ilə ikitərəfli anlaşma memorandumlarını imzalayaraq "Rəqəmsal Türk Lirası Əməkdaşlıq Platforması" yaradıb. 

Fins.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı, rəqəmsal lira sınaqları və inkişaf prosesi üçün ASELSAN, HAVELSAN və TÜBİTAK-BİLGEM ilə anlaşma memorandumu imzaladığını açıqlayıb.

Fins.az xəbər verir ki, Platformanın, layihə ilə əlaqədar strateji və kritik texnologiyaların ilkin sınaqlarının keçiriləcəyi ilk mərhələnin fonunda yeni iştiraklarla genişləndirilməsinin planlaşdırıldığını vurğulayan TCMB, "Proqramın bir hissəsi olaraq ilk mərhələdə pilot tətbiq işləri, TCMB-də "Rəqəmsal Türk Lirası Şəbəkəsi" prototipi və texnologiya tərəfdaşları  ilə dar əhatəli və qapalı bir pilot sxem qurulub.

TCMB, rəqəmsal türk lirəsinin dövriyyəsi ilə bağlı son qərarın olmadığını və bütün araşdırmaların təcrübi Ar -Ge fəaliyyətləri prinsiplərinə uyğun olaraq aparılacağını bildirib. 

Müəllif:Aynur Qəniyeva