BANK

15 Sentyabr

PAŞA Bank və ROSEKSİMBANK birgə müqavilə bağlayıb

“ROSEKSİMBANK” SC Azərbaycanın “PAŞA Bank”ı ilə ilk sövdələşməni reallaşdırıb, Rusiyanın “Reyl RM” tədarükçüsü və “Alliance Logistics” şirkəti arasında ixrac müqaviləsi üzrə ödəmələr üçün “ESKAR” SC-yə sığorta ödənişi üçün maliyyə təqdim edib.

“ROSEKSİMBANK”ın məlumatına görə, bu müqavilə çərçivəsində Azərbaycana “Ruzximmaş” SC-nin (“Reyl RM” şirkətinin strukturuna daxildir) istehsalı olan 11-1238 model 100 ədəd üstüörtülü yük vaqonu tədarük olunub.

Müqavilənin dəyəri 300 milyon rubl təşkil edib (cari məzənnə ilə $4 milyon 126,5 min).

“Bu layihə Azərbaycandan tərəfdaşlarla qarşılıqlı əlaqələrin inkişafına dair bankımızın strateji vəzifələrinin reallaşdırılmasında ilk addım olub. Ümid edirik ki, bu uğurlu təcrübə gələcəkdə maraqlı layihələrin başlanğıcı olacaq. Sözsüz ki, Rusiyanın yüksək texnoloji məhsullarının alışında maraqlı olan yeni region açılıb, və biz Rusiya şirkətlərinə hərtərəfli malyyə dəstəyi göstərəməyə hazırıq”, - “ROSEKSİMBANK” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov bildirib.

“İtqisadiyyatın real sektoru şirkətinin maliyyələşdirilməsi üzrə uğurla reallaşdırılan layihə növbəti dəfə Azərbaycanın qeyri-neft sektorunun inkişafının dəstəklənməsində fəal mövqeyimizi təsdiq edir. Biz gələcəkdə də yaxın və uza xarici ölkələrdən tərəfdaşlarımızla ixrac-idxal əməliyyatlarının həyata keçirilməsini fəal dəstəkləməyə hazırıq”, - “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov qeyd edib.

“Bu layihəyə görə tərəfdaşlarımıza təşəkkür edirik. Şirkətimiz üçün həm “ROSEKSİMBANK” ilə gələcəkdə tərəfdaşlıq münasibətlərinin inkişafı, həm də üstüörtülü vaqonların tədarükü coğrafiyasının genişləndirilməsində strateji önəm kəsb edir. Müxtəlif növ vaqonların realizə olunması nöqteyi-nəzərindən Azərbaycan bazarı bizim üçün böyük maraq kəsb edir. Ümid edirik ki, gələcəkdə əməkdaşlığımız həmçinin xüsusi çənlərin tədarükü ilə əlaqədar olacaq”, - “Reyl RM” şirkətinin baş direktoru Aleksandr Kulikov bəyan edib.