Problemli kreditin 10 il sonra şəxsin kredit hesabatından çıxması üçün ilk öncə kredit öhdəliyi tam olaraq icra edilməlidir.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibov Kredit Bürosu son 10 ilin kredit tarixçəsi ilə bağlı məlumatları verə bilir demək ki, vətəndaş 10 il öncə neqativ kredit tarixçəsinə malik idisə indi həmin şəxsin kredit tarixçəsi şəffafdır? sualına aydınlıq gətirərkən bildirib.
O qeyd edib ki,Kredit Büroları haqqında Azərbaycan Respublikasının qanununa (10.1-ci bənd) müvafiq olaraq Kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir.
Elçin Həbibov 10 il müddət bitdikdən sonra kredt tarixçəsində hansı dəyişikliyin olduğuna da aydınlıq gətirərək "Bu müddət bitdikdən sonra isə müvafiq məlumatlar Büro çıxarışlarında əks olunmur. Odur ki, problemli kreditin 10 il sonra şəxsin kredit hesabatından çıxması üçün ilk öncə kredit öhdəliyi tam olaraq icra edilməlidir."-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva