Sektor operatorlarına məhsullar hazırlamaqda və təklif etməkdə kömək etmək çox vacibdir.
Fins.az xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan üzrə Layihə Qrupunun rəhbəri Teymur Heybətov deyib.
Məlumata görə, o, IFC-nin Azərbaycandakı prioritetlərinə uyğun olaraq, ölkədə sırf bu sektorda fəaliyyət göstərən tərəfdaşları dəstəkləmək və bank xidməti ilə əhatə olunmayan və yaxud xidmətlə tam təmin olunmayan əhalinin ödənişlərlə əlaqədar ehtiyaclarını təmin etmək üçün sektor operatorlarına məhsullar hazırlamaqda və təklif etməkdə kömək etmək çox vacibdir. Bu layihə ən aşağı əməliyyat xərcləri ilə ölkənin ucqar bölgələrində rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsini dəstəkləmişdir” - deyə bildirib.
Növbəti mərhələlərə nəzər yetirdikdə, Azərbaycanda tənzimləyici mühitin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün ölkənin ödəniş sisteminin müasirləşdirilməsində hökumətin səylərinin dəstəklənməsi əsas faktor olacaqdır. Buna dövlət-özəl dialoqu qurmaqla, sənaye səviyyəsində konsensus əsaslı ortaq ödəniş platformasını dəstəkləməklə və maraqlı tərəflərin məlumatlılığını artırmaqla nail olmaq olar; paralel olaraq, mobil pul məhsullarını inkişaf etdirə və genişləndirə biləcək potensial tərəfdaşları müəyyən etmək də vacib vəzifədir.
Biznes subyektləri üçün bu yeniliklər təhlükəsiz və məhsuldar fəaliyyət deməkdir. Bundan əlavə, rəqəmsal maliyyə xidmətləri kölgə iqtisadiyyatının həcmini azaltmağa və kiçik sahibkarlar üçün maliyyə xidmətlərinə daha yaxşı çıxışa imkan verəcəkdir.
Qanunvericilik və tənzimləmələrə ediləcək dəyişikliklər nəticəsində Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinin və maliyyə inklüzivliyinin daha bir geniş təkan alacağı gözlənilir.
Ölkəyə dəstək göstərmək səylərinin tərkib hissəsi olaraq, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birlikdə IFC-nin həyata keçirdiyi Elektron və Rəqəmsal Maliyyə Xidmətləri layihəsi fiziki şəxslər və kiçik müəssisələr üçün rəqəmsal maliyyə xidmətlərinə çıxışın yaxşılaşdırılmasına kömək edir, onların bizneslərinin böyüməsinə və yeni iş yerlərinin açılmasına öz töhfəsini verir. Qanunvericilik və tənzimləyici çərçivənin inkişafına dəstək olmaq və ölkədə rəqəmsal maliyyə xidmətlərindən istifadəni təşviq etmək üçün IFC, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə sıx əməkdaşlıq edir.
Başlanğıc nöqtəsi olaraq, mühüm addımlardan biri qlobal pandemiya dövrünə qədər asta sürətli trend olan müasir rəqəmsal ödəniş kanalları haqqında əhali və iş adamları arasında məlumatlılığı artırmaqla virusun təsirinin qarşısını almaq və Azərbaycanda rəqəmsallaşmanı gücləndirməkdir.
Sözügedən məsələlərin əhəmiyyətini nəzərə alaraq, IFC-nin həyata keçirdiyi layihə German Sparkassenstiftung for International Cooperation with funding from the German Federal Ministry for Economic Cooperation and Development / Bundesministerium für wirtschaftliche Zusammenarbeit und Entwicklung (BMZ)-nun (Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi) maliyyə dəstəyi ilə Mərkəzi Bank və Azərbaycan Bank Assosiasiyası ilə birlikdə bir sıra videolar hazırlamışdır.Videolarda e-ticarət platformaları, mobil telefonları və korporativ kartlar vasitəsilə ödəmələr, habelə rəqəmsal alətlər istifadə etdikdə fırıldaqçılığın qarşısını necə alınması baradə mövzular da daxil olmaqla rəqəmsal maliyyə xidmətlərinin üstünlüklərinə xüsusi diqqət ayrılır. Bir neçə yerli televiziya kanalında gündəlik yayımlanan videolar strateji olaraq bir çox bankların sosial media səhifələrində də paylaşılır.
Kampaniya e-bank xidmətlərinə ehtiyacı kəskin artıran pandemiya ilə tam üst-üstə düşmüşdür. Mərkəzi Bankın statistikasına əsasən, pandemiyanın başladığı müddətdən etibarən emissiya olunan ödəniş kartlarının və əməliyyatların sayı əhəmiyyətli dərəcədə artıb.
Müəllif: Aynur Qəniyeva