BANK

14 Sentyabr

Azərbaycanın xalis maliyyə aktivləri ARTIB

2021-ci ilin 6 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 695.6 mln.dollar artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (182.7 mln.$), portfel investisiyaları (255 mln.$) və digər investisiyalar (257.9 mln.$) hesabına formalaşıb.

Fins.az xəbər verir ki,hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 117.1 mln.$ artıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (76.6 mln.$), neft bonusu (452.1 mln.$), portfel investisiyaları (0.6 mln.$) və digər investisiyalar (-412.2 mln.$) hesabına formalaşıb.

Müəllif: Aynur Qəniyeva