BANK

14 Sentyabr

İlkin gəlirlər balansında qeyri-neft sektoru üzrə isə profisit olub-MƏBLƏĞ

İlkin gəlirlər balansında neft-qaz sektoru üzrə 888.9 mln.$ kəsir, qeyri-neft sektoru üzrə isə 330.4 mln.$ profisit olub. 

Fins.az xəbər verir ki, bu barədə  məlumatı Mərkəzi Bank yayımlayıb 

Məlumata görə, nəticədə ilkin gəlirlər balansında kəsir 558.4 mln.$ təşkil etmişdir. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 2.3 mlrd.$ olub. Bunun 62.1%-i (1.4 mlrd.$) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir.

Bililir ki, bu məbləğin isə əsas hissəsini (989.9 mln.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən beynəlxalq neft-qaz konsorsiumları üzrə xam neft şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (173.9 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (147.3 mln.$) və digər ödənişlər (126.6 mln.$) təşkil edir.

Müəllif:Aynur Qəniyeva