BANK

14 Sentyabr

“Giveaway”-də uduşun bank hesabına göndərilməsi fırıldağı-XƏBƏRDARLIQ

Mətbuatda yayılan məlumatlara görə sosial şəbəkələrdə, xüsusilə Instagram platformasında istifadəçiyə mesaj göndərərək onu daha əvvəl iştirak etdiyi “giveaway” kampaniyasında qalibi olması və uduşun çatdırılması üçün bank hesabına ödəniş etməsi barədə məlumatlandıran saxta səhifələr meydana çıxır. İnternetdəki bu cür fırıldaq sxemlərini biz skam olaraq təsnif edirik.

Fins.az xəbər verir ki, skam – istifadəçiyə səxavətli pul mükafatları təklif edilən onlayn fırıldaqçılıq növüdür. Pulu əldə etmək üçün kiçik bir komissiya ödənişi istənilir. Komissiya təcavüzkarlara çatır, qurban isə əliboş qalır. Əgər istifadəçi ödəniş üçün kart məlumatlarını daxil edirsə, bu zaman onların təhlükəsizliyini də riskə atmış olur.