BANK

13 Sentyabr

Zərərlə işləyən Muğanbank-ın əsas səhmdarı bankın kapitalındakı payını ARTIRIB

2021-ci ilin birinci yarısında Elmir Mehdiyev “MuğanBank” ASC-nin kapitalındakı payını 67,74%-dək artırıb.

2020-ci ilin sonuna Mehdiyevin bankın kapitalındakı payı 66,17% olub.

Elmir Mehdiyevin payının artımı digər 3 səhmdarın paylarının azalmasına hesabına baş tutub.

2021-ci ilin yanvar-iyun aylarında Maqbet Mehdiyevin bankın kapitalındakı payı 12.14%-dən 11.58%-ə, Vəfa Vəliyevanın payı 11.17%-dən 10.65%-ə, Fəridə Mehdiyevanın isə payı 10.52%-dən 10.03%-ə düşüb. Birinci yarımillikdə “Muğanbank” nizamnamə kapitalını 4,9% - 107,5 milyon manatadək artırıb.

Qeyd edək ki, "Muğanbank" ASC 2021-ci ilin 2-ci yarısını  1 milyon 037,53 min manat zərərlə başa vurub. 

“Muğanbank” ASC 1992-ci ilin noyabr ayında yaradılıb. Bankın səhmdarları 4 fiziki şəxsdir.