Bu günə qədər Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondu (İKZF) xətti ilə 35 min 416 borcalana 1 milyard 900 milyon 902 min manat məbləğində ipoteka krediti verib.
Bu barədə Fondun açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 233 milyon 278 min manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 991 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.