BANK

02 Sentyabr

4 mərkəzi bankdan rəqəmsal valyuta sınağı

Avstraliya, Malayziya, Sinqapur və Cənubi Afrika mərkəzi bankları, Beynəlxalq Hesablaşmalar Bankı layihəsi çərçivəsində mərkəzləşdirilmiş rəqəmsal valyutaların istifadəsini sınayacaq.

Fins.az xəbər verir ki,Beynəlxalq Hesablaşmalar Bankı (BIS) Avstraliya, Malayziya, Sinqapur və Cənubi Afrikanın mərkəzi bankları arasında mərkəzləşdirilmiş rəqəmsal valyutanın (CBDC) istifadəsini test edəcək.

Dunbar Layihəsi adlanan layihə, rəqəmsal fiat valyutası ilə beynəlxalq ödənişlər etmək üçün ortaq bir platforma hazırlamağı hədəfləyir. BIS bəyanatına görə, sistem mərkəzləşdirilmiş rəqəmsal valyutalar arasında birbaşa köçürmələrə imkan verəcək, xərcləri və sərf olunan vaxtı azaldır.

Sinqapur BIS İnnovasiya Mərkəzinin idarəedici direktoru Andrew McCormack  "Çoxsaylı CBDC üzərində işimiz növbəti mərhələnin əsasını qoyur və qlobal ödəniş əlaqələri qurur. "deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva