BANK

02 Sentyabr

Fond bağlanan bankın əmlakını yenidən hərraca çıxarır

15 sentyabr 2021-ci il tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun balansında olan daşınmaz əmlak açıq hərraca çıxarılacaq/

Fins.az xəbər verir ki,Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq  prospekti, 87 nömrəli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində və 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 259.7 kv.m qeyri-yaşayış sahəsi. Təkrar hərracdakı satış qiyməti 1127100 manat. Əmlakın 18 avqust 2021-ci il tarixində keçirilən hərracı baş tutmamışdır. Təkrar hərrac 15 sentyabr 2021-ci il tarixində saat 11:00-da keçiriləcəkdir. 

Bildirilir ki, satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan:Bakı şəh., Yasamal ray, məhəllə 593, Ə.Salamzadə küç. 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67