BANK

01 Sentyabr

JP Morgan və Goldman-dan Türkiyə ilə bağlı proqnozu YENİLƏYİB

JP Morgan və Goldman Sachs, Türkiyə üçün artım proqnozlarına yenidən baxıb. JP Morgan artım proqnozunu 6,8 %-dən 8,4%-ə, Goldman Sachs isə artım proqnozunu 7,5 faizdən 9,5 faizə yüksəldib.
ABŞ investisiya bankları JPMorgan və Goldman Sachs, güclü daxili və xarici tələb səbəbiylə Türkiyə üçün iqtisadi artım proqnozlarını artırıb.

JPMorgan, Türkiyə üçün 2021 -ci il artım proqnozunu 6,8% -dən 8,4 %-ə düzəltsə də, 2022 -ci il artım proqnozunu 3,4% səviyyəsində saxlayıb. Yayımlanan hesabatda, xüsusilə hökumətin erkən seçkilər keçirməyi üstün tutduğu təqdirdə, proqnozlar üzərində "tərs" risklərin olacağı bildirilib.

Goldman Sachs, eyni zamanda, 2021 -ci ildə Türkiyə üçün ümumi daxili məhsul (ÜDM) artım gözləntisini 7,5 %-dən 9,5 %-ə yüksəltdib.

Goldman Sachs iqtisadçıları, dərc etdikləri qiymətləndirmədə, "Ümumiyyətlə, Türkiyə iqtisadiyyatı xarici tarazlıqlarda heç bir pisləşmə olmadan, düşündüyümüzdən daha sürətli inkişaf edə bildi, çünki xarici tələbin bərpası çox dəstək verib." deyə qeyd edib. 

Türkiyə iqtisadiyyatı, əsasən pandemiyanın yaratdığı əsas təsir səbəbiylə gözləntilərə uyğun olaraq ikinci rübdə  21.7% artıb. İqtisadçılar bu il artımın iki rəqəmə yaxınlaşacağını gözləyir.

Müəllif:Aynur Qəniyeva