BANK

01 Sentyabr

Moody's: Mərkəzi Banklar likvidlik dəstəyi və aktiv alışını geri çəkəcək

"Moody's", "Qlobal makro görüntü - 2021-22 hesabatı"-da, qlobal iqtisadi bərpanın möhkəmlənməsinə baxmayaraq, delta şatmının yayılmasının risk yaratdığına diqqət çəkilib.

Bir çox G-20 iqtisadiyyatı üçün 2021-ci ildə inflyasiyanın yüksək səviyyədə qalacağına və 2022-ci ildə azalacağına toxunulan hesabatda, bəzi böyük Mərkəzi Bankların likvidlik dəstəyi və aktiv alışı da daxil olmaqla təcili tədbirləri tədricən geri çəkəcəyi vurğulanır. Ötən il təqribən 3.2% geriləmiş G20 iqtisadiyyatlarının 2021-ci ildə 6.2%, 2022-ci ildə isə 4.5% artacağı proqnozlaşdırılır.