BANK

01 Sentyabr

"Moody's": G20 ölkələrinin iqtisadiyyatları bu il 6,2% böyüyəcək

COVID-19 pandemiyası səbəbindən ötənilki 3,2%-lik azalmadan sonra 2021-ci ildə "Böyük İyirmilik" (G20) ölkələrinin iqtisadiyyatları 6,2% böyüyəcək.

Bu barədə "Moody's Investors Service"in ("Moody's") yeni proqnozunda deyilir.

Sözügedən ölkələrin ÜDM-nin 2022-ci ildə isə 4,5% artması gözlənilir. Agentliyin proqnozuna görə, 2021-ci ildə G20 ölkələrinin əksəriyyətində inflyasiya yüksək səviyyədə qalacaq, 2022-ci ildə isə azalacaq və mərkəzi bankların hədəf diapazonları çərçivəsinə sığacaq.

"Moody's": G20 ölkələrinin iqtisadiyyatları bu il 6,2% böyüyəcək

(c)APA