BANK

31 Avqust

Azərbaycanda xarici vətəndaşların bank kartları ilə əməliyyatları 5,1% azalıb

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 288,2 milyon manatlıq ($169,5 milyon) əməliyyat aparıblar.

Fins.az  xəbər verir ki,bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə əməliyyatların həcmi 5,1% azalıb.