BANK

30 Avqust

 Banklar Assosiasiyası Türkiyədə ikinci oldu 

Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv təşkilatların (26 bank və 5 bank olmayan kredit təşkilatı) əməkdaşları adından Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılması məqsədi ilə Türkiyə Banklar Birliyi vasitəsilə Türkiyənin “Ormancılığı Geliştirme ve Orman Yangınları ile Mücadele Hizmetlerini Destekleme Vakfı”na ümumilikdə 102 846 ədəd ağac tingi göndərilib.

Fins.az xəbər verir ki, Assosiasiyanın yaydığı məlumata görə, ABA qardaş Türkiyəyə “Ormancılığı Geliştirme ve Orman Yangınları ile Mücadele Hizmetlerini Destekleme Vakfı”na ən çox ağac tingi vermiş ikinci təşkilat olmuşdur (//bagis.ogemvak.org.tr/en-fazla-bagis-yapanlar).