BANK

30 Avqust

Devalvasiya AÇIQLAMASI

Məşhur investor Mark Mobius, investorlara valyuta devalvasiyası riskinə qarşı portfellərinin 10%-ni qızıla ayırmağı tövsiyə edib.
Fins.az xəbər verir ki, Feddən gələn mesajlar qızıl üçün müsbət bir atmosfer yaratsa da, qızılla bağlı tövsiyyə məşhur investor Mark Mobiusdan gəldi.

Məlumata görə, Mobius, koronavirus pandemiyası ilə mübarizə üçün tətbiq edilən təşviqlərin misilsiz miqyasından sonra valyutalarda devalvasiya olacağını və investorların portfellərinin 10 %ni fiziki qızıla ayırması lazım olduğunu sbildirib.

Bloomberg -in hesabatına görə, Mobius inanılmaz pul təklifi nəzərə alınmaqla gələn il valyuta devalvasiyasının çox vacib bir məsələ olaraq ön plana çıxacağını bildirib.

Qızıl mövzusunda müsbət yanaşması ilə tanınan Mobius, "Hökumətlərin bütün qızılları alması təhlükəsi olmadan dərhal əldə edə biləcəyiniz fiziki qızılın olması daha yaxşı olardı" deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva