BANK

27 Avqust

Hindistan Mərkəzi Bankından rəqəmsal rupi AÇIQLAMASI

Hindistan Mərkəzi Bankının rəhbəri Vali, dekabr ayına qədər rəqəmsal rupi üçün test proqramına başlayacaqlarını bildirib. 
Fins.az xəbər verir ki,Hindistan Mərkəzi Bankının Qubernatoru Shaktikanta Das, ilin sonuna qədər ilk rəqəmsal rupi test proqramına başlayacaqlarını açıqlayıb. 

CNBC -yə müsahibə verən Prezident, rəqəmsal pulların təhlükəsizliyi və Hindistanın maliyyə sektoruna təsiri ilə əlaqədar bütün aspektlər üzərində çalışdıqlarını bildirib. 

Tamamilə yeni bir məhsul olduğu üçün araşdırmaların diqqətlə aparıldığını ifadə edən Das, "İlk sınaqlara ilin sonunda başlaya bilərik" deyib. 

Bitcoin -in artan populyarlığı və nağd puldan istifadənin azalması, Çindən Avropa Mərkəzi Bankına qədər bir çox Mərkəzi Bankın rəqəmsal valyuta işini keçən ildən bəri sürətləndirməsinə səbəb olub.

Müəllif:Aynur Qəniyeva