BANK

26 Avqust

Bu il əhalinin nağd rubl satışı alışı - 8 Dəfə Üstələyib

2021-ci ilin yanvar-iyul aylarında əhali kommersiya banklarından 1,172 mlrd. ağd Rusiya rublu alıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35,3% azdır.

Fins.az  xəbər verir ki,  Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, təkcə iyul ayında əhali 182,588 mln. rubl alıb ki, bu da iyun ayı ilə müqayisədə 6,9% çoxdur.

Bundan başqa, cari ilin ilk yeddi ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 9,371 mlrd. rubl təşkil edib ki, bu da illik müqayisədə 23,9% çoxdur. Təkcə iyul ayında bu göstərici 1,752 mlrd. rubla bərabər olub ki, bu da aylıq müqayisədə 4,8% çoxdur.

Nəticədə 2021-ci ilin yanvar-iyul aylarında əhalinin nağd rubl satışı alışı 8 dəfə üstələyib.

(c)Apa