BANK

26 Avqust

Sosial mediada ajiotaj yaradan və 20 manat hədiyyə verən Virtual Card nədir?-RƏHBƏRDƏN AÇIQLAMA

Son zamanlar sosial mediada ajiotaj yaratmış və rəsmi qurumların xüsusi marağına səbəb olmuş yeni bir ad peyda olub – Virtual Card platforması.Platforma fintex sahəsi üzrə ixtisaslaşmış "OnePoint" startapının yeni layihəsidir.

Bunu "Fins.az"-a açıqlamasında startapın həmtəsisçisi Aqşin Məmmədəliyev deyib.

O bildirib ki,bu layihənin məlum olan bank xidmətlərindən biri olan virtual kartla heç bir əlaqəsi yoxdur. Platforma fintex sahəsi üzrə ixtisaslaşmış "OnePoint" startapının yeni layihəsidir. Startap informasiya texnologiyaları, bank, ticarət, maliyyə və hüquq sahəsində çalışmış təcrübəli kiçik bir qrup tərəfindən yaradılıb.

Aqşin Məmməndəliyev Virtual Card-ın tətbiqinin nə vaxt istifadəyə veriləcəyini də açqıayaraq "Cari ilin sentyabr ayında tətbiqin istifadəyə verilməsi nəzərdə tutulub."-deyə qeyd edib. 

Virtual Card rəhbəri keçirilən kompaniyalar barədə də məlumat verərək qeyd edib ki,hazırda qeydiyyat üçün referal kampaniya keçirilir və ilkin müştərilərin sayı 10 000 nəfərə yaxınlaşır. Bu rəqəm ilk ayda təxminən 1 000 000 manat dövriyə proqnozlaşdırmağa imkan verir. Aparılan sorğuların nəticəsi olaraq müştərilərin 50% taksitli alış-veriş, 20%-i yüksək keşbek, 30%-isə əlavə qazanc üçün tətbiqi səbrsizliklə gözləyir.