BANK

26 Avqust

İnflyasiyanın sürətlənməsi daha çox faiz artımlarını gündəmə gətirib

Braziliyada inflyasiya Avqust ayında proqnozlardan art;q olub və bu da faiz artımlarını gündəmə gətirib.
Fins.az xəbər verir ki,Braziliyada istehlak qiymətləri, Bloomberg-in proqnozunu 0,83% üstələyərək, avqustun ortalarında bir əvvəlki aya görə 0,89% artıb..

İllik inflyasiya da 9.30%-ə yüksəlib. İnflyasiyanın artmasına əmtəə xərclərinin artması və iqtisadiyyatların yenidən yüksəlişi kimi amillər səbəb olub.

Proqnozlardan artıq olan inflyasiya rəqəmləri Braziliya Mərkəzi Bankının faiz dərəcələrini artırmağa davam edəcəyi ilə bağlı gözləntiləri gündəmə gətirib. Mərkəzi Bank bu ilin mart ayından etibarən borc xərclərini ümumilikdə 325 baza bəndi artırıb. Bank faiz artımının sentyabr ayında da davam edəcəyinə işarə edib.

Pul təşkilatının təşkil etdiyi sorğuda, analitiklər 2021 və 2022 -ci illər üçün inflyasiya proqnozlarını ardıcıl olaraq beşinci həftə artırıblar. Mərkəzi Bankın bu il üçün inflyasiya proqnozu 3,75%, gələn il üçün isə 3,5 %-dir.

Müəllif:Aynur Qəniyeva