BANK

25 Avqust

Azərbaycanda nağdsız ödənişlər 6,9% ARTIB

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda nağdsız ödənişlərin 316 mln. manatı ATM-lər, 2,105 mlrd. manatı POS-terminallar, 2,773 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Fins.az Mərkəzi Banka istinadənb xəbər verir ki, iyul ayında isə 881 mln. manatlıq nağdsız ödənişlər həyata keçirilib, bu isə iyun ilə müqayisədə 6,9% çoxdur. İyul ayında nağdsız ödənişlərin 59 mln. manatı ATM-lər, 341 mln. manatı POS-terminallar, 481 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Müəllif:Aynur Qəniyeva