BANK

25 Avqust

Nəhəng banklarından biri peyvəndlənməni məcburi edib

New York Times -ın dərc etdiyi daxili xatirə görə, Goldman Sachs rəhbərliyi, müştəriləri də daxil olmaqla, filial və ofislərdən istifadə edən hər kəsin peyvəndlənməsini sentyabrın 7 -dən etibarən  məcburi edib. 
Fins.az xəbər verir ki, Goldman Sachs, ABŞ Qida və Dərman İdarəsi (FDA) Pfizer-BioNTech Covid-19 peyvəndinə tam razılıq verdikdən bir gün sonra, Covid-19 əleyhinə peyvəndi məcburi edən Wall Streetdəki ilk böyük maliyyə qurumu oldu.

Goldman Sachs, 7 sentyabrdan sonra tam peyvəndlənməyən işçilərinin evdən işləyəcəklərini və hər həftəpeyvəndlənmiş  insanlardan Kovid-19 testi istəyəcəklərini açıqlayıb. ABŞ -da 20 min işçisi olan şirkət, ofislərində də maskalardan istifadə etməyi məcbur edib.

Müəllif:Aynur Qəniyeva